XalqXəbər.Az

www.XALQXEBER.az » Şou-Biznes » Afətin eks həcisinin məhkəməyə verdiyi Sara Səfurə: Çox tutarlı faktlarım və şahidlərim var - VİDEO

Afətin eks həcisinin məhkəməyə verdiyi Sara Səfurə: Çox tutarlı faktlarım və şahidlərim var - VİDEO

Afətin eks həcisinin məhkəməyə verdiyi Sara Səfurə: Çox tutarlı faktlarım və şahidlərim var - VİDEO
29-11-2019, 16:46

Müğənni Afət Fərmanqızının keçmiş sevgilisi Rafət Əzizağaoğlu ( Roma) teleaparıcı, jurnalist Sara Səfurəni məhkəməyə verib. İlk məhkəmə iclası 13 dekabr tarixində, saat 11.15-da Nəsimi rayon Məhkəməsində keçiriləcək.

Sara xanım Xalqxeber.Az-ə açıqlamasında, məhkəməyə SMS vasitəsilə çağırıldığını və iddiaçının ərizəsilə tanış olmadığını bildirdi:

"Sadəcə məni məhməkəyə çağırıblar. Gedib o izahatla, mənə qarşı tərəfin qaldırdığı ittihamla tanış olmamışam. Rafət Əzizağaoğlunun məni niyə məhkəməyə verdiyi ilə bağlı heç bir məlumatım yoxdur. Əslində mən də iddiaçının məni hansı əsaslarla məhkəməyə verməsi ilə məlumatlı olmalıyam. Yəqin ki, şərəf və ləyaqətin alçaldılması olar. Mənim telefonuma sadəcə məhkəmə tərəfindən çağırış SMS-i göndərilib. İddiaçının ərizəsilə tanış olmadığımda məhkəməyə gedib-getməyəcəyimi hələ bilmirəm".

Jurnalist söylədiklərini məhkəmədə də isbat edəcəyini söyləyir:
"Buradan Romaya üzümü tutub deyirəm, mənimlə döyüşmək istəyirsə mən də onunla döyüşməyə hazıram. Barəsində dediklərimi qəbul etmək istəmirsə, əlimdəki faktları ortaya qoyacam. Məhkəmədə bütün faktları açıqlayacam. Qadınlara qarşı etdiyi dələduzluqları ona sübut edəcəm. Roma ilə bağlı məndə olduqca tutarlı faktlar var. Yəni sübut etmək mənə çətin olmayacaq. Lazım olarsa, o faktları sübut edəcək şahidləri də məhkəməyə gətirəcəm. Söhbət məhkəməyədək gedib çıxdısa, onun kimliyini hakim qarşısında sübut edəcəm".

Xatırladaq ki, S.Səfurə A.Fərmanqızının məşhur iş adamı kimi qələmə verdiyi Hacı Roma kimi tanınan şəxsin əslində saxtakar, qadın ovçusu, alfons olduğunu açıqlamışdı.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.