SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Film və seriallarda seks səhnələri artıq bu qaydalara uyğun çəkiləcək

Film və seriallarda seks səhnələri artıq bu qaydalara uyğun çəkiləcək

Tarix:

23-11-2019, 03:09

/ 4 883 dəfə oxundu.
Film və seriallarda seks səhnələri artıq bu qaydalara uyğun çəkiləcək

“Taxt oyunları”nın ulduzu, tanınmış aktrisa Emiliya Klarkın son müsahibəsində pərəstişkaları məyus etməmək üçün çəkilişlərdə soyunmağın necə olduğunu açıqlaması diqqətdən yayınmayıb.

Harvey Vaynşteyinlə cinsi qalmaqaldan və aktyorların təcavüz və yolverilməz iş şəraiti ilə bağlı şikayətlərindən sonra erotik səhnələrin çəkilişi üçün yeni qaydaların tətbiqi qərara alınıb. İndi İngiltərədəki kastinqlərdə rol almaq üçün müraciət edənlərdən soyunma tələb oluna bilməz.

Belə ki, aktyorlar alt paltarlarında qalmalı və onlar özləri ilə birlikdə yoldaş gətirməlidirlər. Bu qərar, dünyanı bürüyən #MeToo hərəkatı ilə əlaqədardır. Çünki bu trend çərçivəsində kastinq rejissorlarının etdiyi təcavüzlər haqqında çox sayda çirkli detallar ortaya çıxıb.

Bu gündən etibarən bir səhnə aktor və ya aktrisanın qismən və ya tam çılpaq çəkilməyini tələb edirsə, 48 saat ərzində onlara və agentinə bu barədə xəbərdarlıq edilməli və öncədən tam ssenarini almalıdır. Bundan əlavə, aktyor və ya aktrisadan foto və ya videoya çılpaq şəkildə çəkilmək üçün yazılı bir razılaşma tələb ediləcək.

Bu qaydaların tətbiqi “Bafta”, “BFI” direktorlar gildiyası tərəfindən həyata keçirilib. Yeni prinsiplərin yaradıcıları qeyd edirlər ki, “kastinqlər tərəflərin qeyri-bərabər mövqeyi üzərində qurulub, buna görə bəzi aktyorlar iş almaq üçün xoşagəlməz tələblərə razılıq vermək məcburiyyətində qalırlar”.

Onların fikrincə, artıq rejissorlar çəkiliş meydançasında hansı şəraitin yaradıldığını iki dəfə düşünməlidir. Bununla da prosesin hər bir iştirakçısı təcavüz, şəxsi prinsiplərin pozulması və mənəvi təzyiqdən narahat olmayaraq öz işini sakitcə yerinə yetirə biləcək.

Şərhlər

XƏBƏR LENTİ