“"Mama roza” olsaydım, ən birinci xalan qızı Könülü çıxardardım”
"Əslində susmaq istədim, amma əsəblərimə hakim ola bilmirəm. Qınayan qoy, qınasın məni. Ağzımı açsam, sən gərək respublikadan başını götürüb qaçasan. Adını belə canfəşanlıqla çəkdiyin Elçinlə mənim neçə vaxtdır heç bir əlaqəm yoxdur”
Bu sözləri prodüser Təranə Səmədova sosial şəbəkədə yazıb. O, keçmiş əri, müğənni Kərim Abbasovun onunla bağlı iddialarına cavab verib:“Sən haqqında danışdığın o verilişdə susmağının səbəbi kamera arxasında oturub əsəbdən ayaqlarını yellədən Rüfət İsmayıl idi. İkinci səbəb isə düz yanımda oturan Həsən Həsrət idi. O qədər uzun-uzadı söhbətlər açıqlaya bilərəm ki… Məni niyə bu həddə çatdırırsan? Bir-bir adlar işarələyim bura?
Sən dediyin kimi “mama roza” olsaydım, ən birinci xalan qızı Könül Əzizi (Türkiyəyə köçən aktrisa Könül Əziz – red.) çıxardardım. Ötən dəfə Bakı-Yalama qatarından danışırdın, ilk sərnişini özün olmusan. Davam edim, ya bəsdir? Allah, adını hallandırdığın namazının xatirinə get, işinlə məşğul ol. Mənim adımı az hallandır. Baldızına isə mənim adımdan təşəkkür edərsən”.
Qeyd edək ki, Kərim Təranənin Elçin Əlibəyli ilə birləşib, onu biabır etməyə çalışdıqlarını iddia edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək