Dünya çempionuna ərə gedən müğənni boşandı "Yarınızı düzgün seçin"
Azərbaycanlı müğənni Dəniz Firudinli 2-ci həyat yoldaşı, dünya çempionu Samir Kazımovdan ayrılıb.
Lent.az -a istinadən xəbər veririk ki, hər iki tərəf sosial şəbəkədə birlikdə olduqları şəkilləri siliblər. Cütlük boşanmalarını mediadan gizli saxlamaq istəsə də, onların bu istəkləri baş tutmayıb.
Müğənni boşanma xəbərini təkzib etdi: “Yox, boşanmamışıq. Bunu kim çıxarıb? Mənim daşım ağırdır, düşüb bəzilərinin başına. Həyat yoldaşım dindardır, namaz qılır. Bir-birimizdən xahiş etdik ki, şəkillərimizi silək. İnsan insanı sosial şəbəkədə izləməyəndə boşanır? Hər şey kağız üzərində qurulsaydı, nə var idi ki...”
İfaçı ilə evli olmuş S.Kazımov isə sosial şəbəkədə ayrılıqdan xəbər verən status yazıb: “Yarınızı düzgün seçin. Hər kəsin ki, yarı yanında olar, qəm dünyasından daim uzaq olar”.
Xatırladaq ki, cütlüyün toyu 2017-ci il martın 23-də paytaxt restoranlarının birində olmuşdu. Samir Kazımov kiqboksinq idman növü üzrə dəfələrlə dünya çempionu olub və bu idman növünün K-1 versiyası üzrə Avropa çempionudur.
Qeyd edək ki, Dənizin hər iki evliliyindən bir övladı var.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...