XalqXəbər.Az

www.XALQXEBER.az » Şou-Biznes » “Şəbnəm” adı ilə bağlı qalmaqal böyüyür – MTRŞ telekanallara məktub göndərdi

“Şəbnəm” adı ilə bağlı qalmaqal böyüyür – MTRŞ telekanallara məktub göndərdi

“Şəbnəm” adı ilə bağlı qalmaqal böyüyür – MTRŞ telekanallara məktub göndərdi
4-07-2019, 17:22

Mərhum şair İlyas Tapdığın qızı, müğənni Şəbnəm Tapdığın adı ilə bağlı qalmaqal böyüməkdə davam edir.
“Yeni Sabah” xəbər verir ki, müğənni “Şəbnəm” adında olan tanınmış şəxslərin hamısının öz adlarını dəyişməsini tələb edir. Bu, bəlkə də dünya tarixində baş vermiş ilk belə haldır. Ş. Tapdıq adaşlarının adlarının dəyişməsi üçün dövlət qurumlarına, hüquq mühafizə orqanlarına belə rəsmi müraciətlər edib.

Nə qədər qəribə olsa da, bu həqiqətdir. Artıq müğənni Şəbnəm Qəhrəmanova ilə bağlı adaşının polisə müraciət etməsindən xəbəriniz var.

Ortaya yeni xəbərlər çıxıb. Bəlli olub ki, məsələ ilə bağlı Ş. Tapdıq Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinə və Milli Televiziya və Radio Şurasına da müraciət edib. Hətta Müəllif Hüquqları Agentliyindən bu adın müəlliflik hüququnu da aldığını iddia edib. İfaçı ərizədə mərhum atası İlyas Tapdıqovu “Şəbnəm, Gültəm, Qəlbinur” adlarının yaradıcısı kimi qələmə verib. O, atasının müəllif olaraq həmin adları əbədi əsər kimi 2016-cı ildə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirdiyini və Şəhadətnamə aldığını qeyd edib.

Müğənni məsələ ilə bağlı telekanallara da müraciət edib. Jurnalist Şəbnəm Həsənova deyir ki, onunla bağlı da çalışdığı Lider TV-yə ərizə daxil olub: “Hazırda çalışdığım Lider televiziyasına MTRŞ və Müəllif hüquqları Agentliyindən belə bir məktub gəlib.

Şəbnəm Tapdıq tələb edir ki, bütün tanınmış Şəbnəmlər özlərinə təxəllüs seçsin. Əks halda biz böyüyümüz Şəbnəm xanıma patent ödəməliyik”.

Ş.Həsənova yazıb ki, Milli Televiziya və Radio Şurasından (MTRŞ) gələn məktubda patent ödəmədiyi halda ona efir qadağası qoyulacağı barədə xəbərdarlıq edilib.

Müğənni Ş.Tapdığın MTRŞ-a göndərdiyi ərizəni də paylaşıb. Ərizədən belə anlaşılır ki, Ş. Tapdıq həqiqətən MTRŞ-a müraciət edərək adaşlarının efirə buraxılmamağını xahiş edib: “Xahiş edirəm, Şəbnəm Tapdığın adını daşıyan yeni üzə çıxan ifaçılar "Şəbnəm" adı ilə televiziya və radio kanallarda özlərini səhnə təxəllüsü ilə reklam etsinlər”.
“Şəbnəm” adı ilə bağlı qalmaqal böyüyür – MTRŞ telekanallara məktub göndərdi
“Şəbnəm” adı ilə bağlı qalmaqal böyüyür – MTRŞ telekanallara məktub göndərdi
“Şəbnəm” adı ilə bağlı qalmaqal böyüyür – MTRŞ telekanallara məktub göndərdi

XalqXeber.Az
OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.