"Məhkəməyə vermək onun yanında yalan olacaq!" - Mətanət qadağa xəbərindən DANIŞDI
- 7-05-2019, 17:04
- 1 188
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən müğənni bildirib ki, bu məlumatları yayanlarla bağlı sərt tədbir görüləcək:
"Kimin ürəyi nə istəyir yazsın. Mən danışsam pis olacaq. Hərə başını aşağı salıb öz işi ilə məşğul olsun. Sənətim xalqa məxsusdur, göz qabağındadır. Bundan yaza bilirlər yazsınlar. Digər işlər mənə aiddir. Bu haqda danışmağa heç kəsin ixtiyarı yoxdur. Özüm bilərəm neyniyirəm. Bəsdirin artıq! Bu məlumatı mətbuata kim ötürübsə görəcəksiz mən onu nə edəcəm. Həmin adama elə toy tutacam ki, məhkəməyə vermək onun yanında yalan olacaq!"