Şəbnəm Tovuzlu bu dəfə də qrammatika biliyini nümayiş etdirdi — Səhvlərlə dolu STATUS
Müğənni Şəbnəm Tovuzlunun “Hüseynova bacıları” verilişində Dubay və Amerikanı Avropa ölkəsi adlandırması ilə bağlı yaranan qalmaqal səngimir.
“Ölkə.Az” xəbər verir ki, Şəbnəm dünən açıqlama verərək bu məsələnin bir zarafat olduğunu, aparıcılarla əvvəlcədən planlaşdırılmış olduğunu bildirib. Bu gün isə Tovuzlu sosial şəbəkədə ona irad tutan izləyicisinə sərt cavab verib. Müğənni sərt cavab verməklə kifayətlənməyib azərbaycan millətini - yəni özünün mənsub olduğu milləti təhqir edib.
Belə ki, izləyicinin “Bilmirsiz heç olmasa verilişə çıxıb özünüzü biabır etməyin” şərhinə sərt reaksiya verib.
Lakin bir nüansı qeyd edək ki, milləti cahil adlandıran müğənninin bu reaksiyası da orfoqrafik səhvlərlə dolu olub. İnsanları səhf yola yönəltməkdə günahlandırdığı saytların adını belə düzgün yaza bilməyən müğənni deyəsən özünü növbəti dəfə biabır edib.
Başa düşürük, Şəbnəm Azərbaycan dili qrammatikası üzrə müəllim deyil, müğənnidir. Amma ən azından mənsub olduğu millətin dilində düzgün yazmağı bacarmalıdır. Cümlələrində nöqtə, vergül olmayan, XXI əsr olsa da “ş” hərfi yerinə “w” yazan, “ə” hərfinin əlifbamızda olmasından deyəsən xəbərsiz olan Şəbnəm ayıbına kor olmaqdansa, millətini cahil adlandırır.
Statusu oxuculara təqdim edirik. Ən azı orta məktəb təhsili olanlar statusdakı səhvləri özləri müəyyən etsinlər.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...