SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » "Ailəli qadınam, suyu da üfürə-üfürə içirəm" - Brilliant Dadaşova

"Ailəli qadınam, suyu da üfürə-üfürə içirəm" - Brilliant Dadaşova

Tarix:

12-04-2019, 15:37

/ 1 555 dəfə oxundu.
"Ailəli qadınam, suyu da üfürə-üfürə içirəm" - Brilliant Dadaşova

"Sənət fədayilərinə sayqı, hörmət bitib. Heç bir dəftərdə adı olmayan, hansısa arxası olan insan gəlib Azərbaycan musiqisini illərlə dünyaya, Qafqaza tanıdan və sevdirən, baş əydirən insandan danışırsa, böyük qələt edir. Mirzə dayı bu gün oxuyan kimi oxuyanların səsini eşidəndə deyirdi ki, "anqırma, səsin başıma düşdü". Heç kim ona qayıdıb cavab vermirdi".

Bu sözləri xalq artisti Brilliant Dadaşova "Hər şey daxil" verilişində qonaq olan zaman deyib. Müğənni illərlə küsülü olduğu xalq artisti İlhamə Quliyevadan bəhs edib:

"İlhamə Quliyeva üçün ürəyim gedirdi. Uşaqlıqda oturub heyranlıqla ona baxırdım. Bacılarım filmə baxmaq istəyirdi, mənimlə dava edirdi, amma qoymurdum, ancaq İlhamə Quliyeva olan efirləri izləyirdim.

Böyüdüm, onu verilişlərimə çağırdım, buradan onu tərifləyirdim, oradan İlhamə gedib deyirdi sədrə ki, bağla verilişini. Ailəli qadınam, suyu üfürə-üfürə içirəm".

Aparıcı-prodüser Tarix Əliyev Dadaşovanın başına tac qoymaq istəyib. Müğənni isə buna imkan verməyib. O, "İlhamə Quliyevanı çox sevirdim. Sənətkar kimi tayı-bərabəri yox idi. Amma çox pis tendensiyadır bu tac" sözlərini işlədib.

Şərhlər

XƏBƏR LENTİ