Musa və Təranənin dəbdəbəli evi - “Əsas mənim sözüm keçir”
Musa Musayev və Təranə Qumral “Evgördü” verilişinə qonaq olublar.
Hər iki sənətçi evlərini tamaşaçılarla tanış edib.
Musa Musayev deyib ki, evdə onun sözünün keçir:
“Evin dizaynını özümüz eləmişik. Evin tavanını 8 guşəli ulduz etmişəm. Bayrağımızın rənglərini həkk etdirib, ay və ulduz düzəltmişəm. Evdə şəkilləri sevirik. Bir-iki şəkil var, onu da bağ evinə aparacayıq. Sənət adamının bağ evi, gözəl mənzili, villası olmalıdır. Bütün dünya müğənniləri hamısı yaxşı yaşayıblar. Sadəcə bizdə yaxşı qarşılanmır.
Biz də yaxşı yaşamalıyıq. Balalarımız üçün qoyub gedəcəyik. Təranəyə qədər çox diqqətsiz idim. İndi hər şeyə diqqət edirəm. Məndə çox səhv tutur. Evdə əsasən mənim sözüm keçir. "Peçat"ı mən vururam. Amma Təranin də sözünə önəm verirəm".
Təranə Qumral isə hər gün dalaşdıqlarını bildirib:
“Hər gün bir-birimizi qırırıq, çox dalaşırıq. Bir-birimizi çox istəyirik deyə belə olur. İnsan insanı çox istəyəndə çox dalaşır. Mən səhnədə müğənniyəm, evdə evimin xanımıyam".







Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək