Könül Xasıyevaya təhqirmi, dəstəkmi?.. – Video
Ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti Könül Xasıyevanın sosial şəbəkələrdə müzakirələrə səbəb olan videosu yayılıb. “Qafqazinfo” xəbər verir ki, görüntülər müğənni Mətanət Əsədovanın ad günündə lentə alınıb.
Azərbaycanda şadlıq məclislərində müğənniyə şabaş vermək ənənəsi onu alqışlamağın bir forması kimi başa düşülsə də, bu dəfə yaranmış situasiya acınacaqlı mənzərəyə səbəb olub. Belə ki, ağır xəstəlikdən əziyyət çəkən Könül Xasıyevaya şou-biznes nümayəndələrinin məclisdə növbəyə duraraq nümayişkaranə bir şəkildə pul verməsi, bu mənzərəni telefona çəkməsi təhqiredici bir durum yaradıb.
Hətta ad günü sahibəsi sənətçiyə uzatdığı 200 manatlıq əsginazı əlində yellədərək təqdim edib. Bu isə açıq-aşkar xəstəlikdən əziyyət çəkən sənətçiyə dəstək yox, sanki sədəqə uzatmaq anlamı yaradıb. Bəlkə də, onlar bu ucuz reklamın təhqiramiz görüntü yaratdığının fərqində olmayıblar.
Yayılan görüntüləri əlavə şərh vermədən təqdim edirik:

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək