SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » "Həyatımı sıfırlayıb yenidən başlayıram"

"Həyatımı sıfırlayıb yenidən başlayıram"

Tarix:

6-03-2017, 15:02

/ 1 720 dəfə oxundu.
"Həyatımı sıfırlayıb yenidən başlayıram"

Xalq artisti Aygün Kazımova payızda "Crystal hall"da baş tutacaq solo konsertindən danışıb.

Müğənni "ATV maqazin onlarla" verilişində yaradıcılığının 30 illiyinə həsr olunan konsertdə hər kəsi təəccübləndirəcəyini deyib:

"Hamı deyir hələ konsertə 6 ay var. Deyirəm, vaxt yoxdur, tez çalışmalıyıq. İşlər başlayıb, yaradıcı heyət çalışır. Mən də özümdən başlamışam. Həyatımı sıfırlayıb yenidən başlayıram. Sevənlərim konsertdən zövq alacaq. Repertuarıma 30 illik yaradıcılığımda səsləndirdiyim mahnılar daxil olacaq.

Hər dəfə özümə nəyisə sübut etməyi çox xoşlayıram. İllərdi şoular etməyi planlaşdırırdım, hansısa problemlərdən reallaşdıra bilmirdim. Bu konsertdə hamısını edəcəyəm".

Şərhlər

XƏBƏR LENTİ