“Toppuş bacı” sevənlərini kədərləndirdi - Xərçəngə yoluxub
Əməkdar artist Tünzalə Əliyeva xərçəng xəstəliyinə yoluxub.
Bu barədə “Həyat” Fondunun rəhbəri, aparıcı Hacı Nuran Hüseynov İnstaqram hesabında məlumat verib.
“Həyat bir imtahandır. Ya bu imtahandan keçirsən, ya da kəsilirsən.Qəribə olanı odur ki, burada hazırlıq, bilik, savad rol oynamır. Ya sən keçirsən, ya da... Amma burda bir dərman da var: İnam!
İnanırsan ki, sən mütləq keçəcəksən. Məhz bu inam imtahanda adama həyan olur, yardım edir. Məni yaşadan daim inam olub. Mən bu gün hansı xəstəyə baş çəkirəmsə, ona inam arzu edirəm. Ona “Allah şəfa versin” deyib, ən xoş arzularımı diləyirəm. Məgər məni bu günə qədər yaşadan sizin arzu və dualarınız deyilmi?! Gəlin hamılıqla ağır xərçəng xəstəliyinə düçar olan, yataqda şəfa inamı ilə yaşayan, cəmi 45 yaşı (15.02.1973) olan gözəl insan, “Toppuş bacı” obrazını canlandıran təkrar olunmaz aktrisa, Azərbaycanın əməkdar artisti Tünzalə Əliyevaya dua edək və ona kömək edək”, - deyə aparıcı qeyd edib.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...