“Adamın sevgilisi olmayanda daha çox işləyir...”
“3-4 gün bundan əvvəl klip çəkdirmişəm. Hətta yıxıldım, burnumdan zədə aldım. Klipdə rejissor bunu necə gizlədək bilmirəm. Zədə almağıma baxmayaraq çəkiliş dayanmadı, davam etdi. Həmçinin yeni fotosessiya etdirəcəm. Bu dəfə layihələrim ard-arda gələcək. Sevənlərimi bol layihəli bir il gözləyir”.
Bu sözləri xalq artisti Aygün Kazımova tədbirlərin birində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Müğənni açıqlamasında növbəti dəfə əməliyyat olunduğunu bildirib:
“Növbəti dəfə əməliyyat olunmuşam. İnanırsız, əməliyyat da bir layihədir. Özünüz də bilirsiz, bıçaq altından çıxan şəxs səhəri günü ayağa qalxa bilmir. Bir müddət özünə gələsən. Bunu da elə vaxta salırıq ki, işimiz, planımız olmasın”.
Aygün Kazımova bildirib ki, uzun müddətdir ki, sevgilisi yoxdur:
“Təkcə məndə yox, demək olar ki, bütün sənətçilərin sevgilisi olmayanda daha çox işləyir. Biri var sevgini bir tərəfə yönəldərsən, biri də var ki, bunu parçalayasan! Böyük danışdım ki, hamıda belədir. Ən azından deyə bilərəm ki, məndə bu cür olur. Sevgi həyatım da yoxdur, etiraf edirəm. Son solo konsertimdə səhnədə ağladım. Amma bunu deyim ki, mən heç kim üçün ağlamıram.
Səhnədə hardasa ağlayıramsa, kameralarda əks olunursa, başqası üçün ağladığım başa düşülməsin. Məsələn, mən “Kristal Hall” səhnəsində “Yenə tək”i ifa edəndə çəkdiyim ağır məqamlar yadıma düşdü, kövrəldim. Səhnə başqa cürdür”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək