SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Brilliant aparıcıları tənqid etdi

Brilliant aparıcıları tənqid etdi

Tarix:

23-02-2018, 12:17

/ 1 754 dəfə oxundu.
Brilliant aparıcıları tənqid etdi

Xalq artisti Brilliant Dadaşova azərbaycanlı teleaparıcıları tənqid edib. Müğənni bu barədə rəsmi instaqram səhifəsində paylaşım edib.

Dadaşova Seda Sayanın proqramından bir görüntü yayımlayaraq efirdə olan bəzi aparıcıların səriştəsiz olduğunu bildirib:

“Dostlar, sonra deməyin ki, niyə tez-tez televiziya proqramlarında görünmürəm? Baxın, Seda Sayan öz proqramında qonaqlara necə diqqət yetirir… Bizim bir çox verilişlərimizdə aparıcıların efir mədəniyyətindən xəbər olmadığı üçün müğənni musiqi ifa edərkən o, başqa işlərlə məşğul olur. Bunun dəfələrlə şahidi olmuşuq. Əfsuslar olsun ki, efirdən bixəbər, səriştəsiz proqram aparıcılarımız günü gündən çoxalır”.

Şərhlər

XƏBƏR LENTİ