SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Nura Suridən Əli Əhmədova etiraz: "Çek"ləri saxlamışam, qiymətlərin artdığını sübut edərəm..."

Nura Suridən Əli Əhmədova etiraz: "Çek"ləri saxlamışam, qiymətlərin artdığını sübut edərəm..."

Tarix:

19-02-2017, 16:16

/ 3 299 dəfə oxundu.
Nura Suridən Əli Əhmədova etiraz: "Çek"ləri saxlamışam, qiymətlərin artdığını sübut edərəm..."

Ölkədə ərzaq mallarının qiymətinin qalxması adi vətəndaşlar kimi, sənət adamlarının da etirazına səbəb olub

Müğənni Nura Suri baş nazirin müavini Əli Əhmədovun öıkədəki ərzaq mallarının qiymətlərinin artımıyla bağlı dediyi fikirlərin əks olunduğu yazını paylaşaraq, ona belə bir şərh verib: "Mən bütün "çek"ləri saxlamışam və qiymətlərin neçə dəfə artmasını sübut edərəm. Fil qulaginda yatiblar ele bil..."

Xatırladaq ki, baş nazirin müavini ölkədəki qiymət artımı ilə bağlı bu fikirləri səsləndirib: "Güman etmirəm ki, qiymətlərin indiki artım səviyyəsində onun Azərbaycanda yoxsulluq səviyyəsinə təsir etməsi haqqında həyəcan təbili çalmaq üçün əsaslar yaranıb. Mən bu fikirdən kənardayam. Amma hökumətin bu gün həyata keçirdiyi bütün işlərin qarşısında duran məqsəd ondan ibarətdir ki, Azərbaycanda qiymətlərin artımının qarşısı mümkün qədər alınsın və bu, insanların həyat , yaşayış səviyyəsinə ciddi şəkildə təsir etməsin. Bu istiqamətdə də geniş proqram hazırlanır".

Nura Surinin bu şərhi isə sosial şəbəkədə geniş müzakirəyə səbəb olub. Sənətçinin fikirlərinə dəstək verənlər "Toxun acdan xəbəri olmaz", "Onlar Avropa supermarketlərindən bazarlıq edirlər", "Ondan soruşsan, bəlkə heç çörəyin də qiymətini bilmir" kimi şərhlərlə sənətçinin fikirlərinə dəstək veriblər.

Şərhlər

XƏBƏR LENTİ