Şəbnəm: “Özümü öldürəcəm, əl çəkin” - VİDEO
Müğənni Şəbnəm Tovuzlunun bəzi saytlarda əri deyildiyi bir şəxslə fotoları yayılıb. Xəbərdə həmin kəsin kriminal işlərlə məşğul olduğu qeyd olunub.
Məsələ ilə bağlı olaraq Şəbnəm onun haqqında yazılan bu məlumata etiraz edib. O, ağlayaraq, sosial şəbəkələrdə video paylaşıb. İfaçı görüntülərdə canından bezdiyini, özünü öldürmə həddinə çatdığını bildirib: “Allahdan qorxun. Hər birinizin ailəsi var. Bəziləri kimlər ki, o sifarişli yazıları yazdırır məgər siz belə düzgün həyat yaşayırsınız ? Bu respublikada Şəbnəmdən başqa adam yoxdu ? Əl çəkin də məndən, əl çəkin ! Hansısa gicbəsər sizə 5-10 manat verəcək deyə siz mənim, ailəmin haqqında axmaq yazılar yazacaqsınız ?! Bəsdirin də … Mən 102 xidmətinə müraciət etdim, vəkilim bu işlə bağlı məhkəməyə müraciət etdi, iki saytı da məhkəməyə verəcəm. Mən hər zaman jurnalistlərlə dost olmuşam, onlarla mehriban davranmışam. Ancaq yenə kimsə mənim ailəm, ərim, uşaqlarımdan yazsa məndən inciməsinlər. İlk xəbərdarlığı edirəm. Tezliklə mətbuat konfransı edəcəm vəkilim, mətbuat katibimlə birgə məsələyə aydınlıq gətirəcəyik. Bu günkü yazılar silinmədi, bununla bağlı da ərizə yazdım, iş başladı. Heç kəsin haqqı yoxdur mənə belə travmalar yaşatsın. Bu qədər susdum, dedim yazırlar da qoy reytinq qazansınlar. Amma belə insafsızlıq da olmaz axı ?! “.
Qeyd edək ki, ifaçı yazılan xəbərin şər, böhtan olduğu üçün polis idarəsinə gedib ərizə yazıb, həm də vəkilə müraciət edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...