SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Günel İbrahimlə barışmaq istəyir - “…Kölgən belə bəsdi”

Günel İbrahimlə barışmaq istəyir - “…Kölgən belə bəsdi”

Tarix:

19-12-2017, 11:08

/ 1 967 dəfə oxundu.
Günel İbrahimlə barışmaq istəyir - “…Kölgən belə bəsdi”

Türkiyədə “Azəri qızı Günel” olaraq ulduzu parlayan müğənni Günel Zeynalova İbrahim Tatlıseslə barışmaq istəyir. Bir müddət əvvəl müğənnidən incidiyini deyən Günel instaqramda barışıq addımı atıb.

O, İ.Tatlısesin görüntülərini paylaşaraq sənətçiyə minnətdarlığını bildirib:

“İnciklik keçib gedəcək, amma ata-qız arasında küsülülük olmaz. İmperator, sənə minnət borcluyam. Məni 1998-ci ildə Türkiyə tanıdı. Sənin sayəndə! Səsin üçün darıxdıq. Nəsəf almağın belə bizə bəsdi. Sən həmişə yaxşı ol, başımızın üstündən əksik olma. Səni dinləyərək bilmədiklərimizi öyrənirik. İncisək də, səbəbsiz olsa da, haqqımda gözəl şeylər söylədiyin üçün kölgən belə bəsdi. Səni sevirəm”.

Qeyd edək ki, Günellə Tatlıses arasında mahnsı üstündə inciklik yaranmışdı. Bu barədə Günel Türkiyə KİV-lərinə açıqlamasında bildirmişdi:

“İbrahim bəy atam kimidir. Amma ona çox qırılmışam. Ondan bir mahnı istədim, vermədi. Amma əvvəlcə təklifimə “hə” demişdi. Bir müddət sonra köməkçisindən xəbər yolladı, oxumağıma icazə vermədi. Mən də oxudum. Hətta Yıldız Tilbedən mahnı istədim. Məndən heç bir qəpik də pul istəmədi, bəstələrindən birini verdi”.

Şərhlər

XƏBƏR LENTİ