SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Şikayətçi 3000, Tolik 1000 deyir — Zaur Baxşəliyevə İLGİNC İTTİHAM - VİDEO

Şikayətçi 3000, Tolik 1000 deyir — Zaur Baxşəliyevə İLGİNC İTTİHAM - VİDEO

Tarix:

11-12-2017, 13:18

/ 1 530 dəfə oxundu.
Şikayətçi 3000, Tolik 1000 deyir — Zaur Baxşəliyevə İLGİNC İTTİHAM - VİDEO

Şəmkir sakini Dilbər Əliyeva tanınmış teleaparıcı Zaur Baxşəliyevlə bağlı ilginc iddialar səsləndirib.
D.Əliyeva bildirib ki, bir neçə il öncə Baxşəliyevin aparıcısı olduğu proqrama ayaqlarındakı problemlə bağlı müraciət edib.
Görüntüləri efirə gedəndən sonra Şəmkirdən olan Məhərrəm adlı iş adamı onun əməliyyatı üçün üç min manat pul göndərib. Ancaq Əliyevanın yalnız bir ayağı əməliyyat edilib.
"2001-ci ildən xəstəyəm. 2015-ci ildə Zaura müraciət etdik. Zaur dedi ki, heç kim sənə kömək etməsə, özüm xərcini çəkib müalicə elətdirəcəyəm. Şəmkirin Çinarlı kəndindən olan Məhərrəm adlı iş adamı mənim müalicəm üçün üç min manat pul göndərmişdi. Həmin vəsait prodüser Tolikin vasitəsiylə pul Zaura verildi. Ayağımın biri əməliyyat edildi, bir tərəfim qaldı. Həkim demişdi ki, altı aydan sonra gələrsən. İndi səhhətim yenidən ağırlaşıb. Bəzən aylarla tərpənə bilmirəm. Məhərrəm müəllimə yenidnə müraciət etməyə üzüm gəlmir. İstərdim mənə kömək eləsin, ayağa qalxım. Siçovullarla bərabər yaşayırıq. İyirmi beş ildir belədir. Ailədə təkcə yoldaşım işləyir, 110 manat məvacib alır. Kommunal xərclərə çatmır".
Prodüser Tolik isə "Ölkə.Az"-a açıqlamasında belə bir faktın olduğunu təsdiqləyib. Ancaq D.Əliyevanın məbləği yanlış dediyini söyləyib:
"Yadımdadır ki, həmin proqram efirə gedəndə qış ayları idi. Başqa bir şəmkirli iş adamıyla çörək yeyirdik. Həmin şəxs Məhərrəm deyildi. Süjet efirə gedəndən sonra iş adamı mənə 1000 manat verdi. Aparıb Zaura verdim. Ancaq proqramda yığılan digər pullardan xəbərsizəm. Məbləğin min manat olduğu isə dəqiq yadımdadır".

Şərhlər

XƏBƏR LENTİ