Təranə verilişində görmək istəmədiyi sənətçinin yerinə pul ödəyib?
Tanınmış prodüser Təranə Səmədova qatıldığı tədbirlərin birində maraqlı açıqlama edib.
ARB TV-də “Şənbə səhəri Təranə ilə” verilişinin aparıcısı olan prodüser bəzi məşhurları proqramında görmək istəmədiyini bildirib:
“Verilişimin çəkilişləri yaxşı gedir. Artıq öyrəşmişəm. Ümumiyyətlə, işləməkdən yorulan biri deyiləm. Əksinə çalışdıqca mənə enerji gəlir.
Qonaqları əslində verilişin prodüseri ilə məsləhətləşib dəvət edirik. Bəzən isə məndən xəbərsiz də gələnlər olur.
Bu yaxınlarda bir hadisə oldu. Bir sənətçinin adını çəkdilər ki, ödəniş edib verlişdə qonaq olmaq istəyir. Onlara dedim ki, xahiş edirəm onun verəcəyi məbləği mən ödəyim təki o, verilişə gəlməsin.Çünki psixoloji travma keçirə bilərəm. Mən buna hazır deyiləm.
Yəni deməyim odur ki, yarı zarafat-yarı gerçək bəzi sənətçilərin verilişimdə olmasını istəmirəm”.
Prodüser sənətindən uzaqlaşdığını da etiraf edib:
“Əslində prodüserlikdən xeyli uzaqlaşmışdım. Bir müddət öncə ilk sizin saytda müğənni Asif Məhərrəmovla işbirliyi quracağımızı demişdim. Amma birlikdə işləmədik. Çünki o artıq öz yolunu tutub.
Lakin hazırda müğənni Vüsal Hacıyevdən təklif almışam. Onunla 15-16 illik dostluğumuz var. Çox istedadlıdır. Tanınmağa layiq biridir. Çünki səs rəngi gözəldir. İnanıram ki, tez zamanda ona tələbat artacaq”.
Prime-Time

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...