SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Azəri qızı Günelə qəzəblənən Rəhim Rəhimli Röya haqda görün NƏLƏR DEDİ - VİDEO

Azəri qızı Günelə qəzəblənən Rəhim Rəhimli Röya haqda görün NƏLƏR DEDİ - VİDEO

Tarix:

27-11-2017, 12:32

/ 2 032 dəfə oxundu.
Azəri qızı Günelə qəzəblənən Rəhim Rəhimli Röya haqda görün NƏLƏR DEDİ - VİDEO

“ATV maqazin onlarla” proqramının buhəftəki onluğunu müğənni Rəhim Rəhimli təyin edib.
O, sıralamalar etdikcə, ifaçılar barədə öz fikirlərini deməyi unutmayıb.
Günel Zeynalovaya qəzəbini bildirən müğənni onun haqqında fikirlərini belə dilə gətirib:
“Günelə əsəbiləşirəm, seçimləri yanlışdır. Gah mahnını, gah da klipi səhv seçir. Yanlış proqramlara çıxır, sonra da efirdə çıxıb deyir ki, mənə bunu dedilər, onu dedilər”.
İradə İbrahimovanın da ifasını bəyənməyən Rəhim sənətçinin yaradıcılığınını yarımçıq olduğunu deyib:
“İradə İbrahimovanın “Dostum”u işlənmiş mövzudur. Elə bir şey ifa etməli idi ki, başqalarını vurub keçməliydi. Onun yaradıcılığını yarımçıq adlandırıram”.
Kərim Abasov, Niyam Salami qalmaqalına da toxunan ifaçı onları çirkablıq etməkdə günahlandırıb və Niyamı onluqdan uzaqlaşdırıb:
“Kərimlə Niyam bir şou göstərmişdilər ki, gəl görəsən. Onların arasında olan bir mövzu idi, məni də ortaya qatdılar. Onlara fikir vermədim. Çıxıb milyonlar önündə çirkab mövzular danışmaq, nə ona, nə də buna yaraşmadı. Niyam yeganə kişi sənətçidir ki, onunla ömrü boyu dost olmaq istəyərdim. Amma alınmadı. Başqalarının sözünə gedən, onları dinləyəndir. Yaşadıqlarıma üzülürəm, hərdən ağlıma gəlir. Sonluqda ona görə saxladım ki, bu, onun cəzasıdır. Mükəmməl bir mahnı olsa, yenə sona saxlayacaqdım”.
Röya ilə olan dostluğunun bitməsindən də danışan Rəhim buna görə çox peşman olduğunu bildirib:
“Bəzi insanları yaxnıma buraxdığıma görə heyfslənirəm. Bir qabdan çörək yediyim insanlara görə belə oldu. Bunlar olmasaydı bugünədək Röya ilə olan işbirliyim davam edirdi”.

Şərhlər

XƏBƏR LENTİ