Ramiz Məlik Məleykə Əsədovanı niyə məhkəməyə verir?
Xalq artistləri Ramiz Məliklə Məleykə Əsədova arasındakı qalmaqal davam edir.
Məlumata görə, aktrisa həmkarını məhkəməyə verib, ondan 200 min manat təzminat tələb edib.
R.Məlik də qarşılıqlı olaraq aktrisanı məhkəməyə verməyə hazırlaşır. Bu haqda saytımıza açıqlamasında aktyorun vəkili Türkel Süleymanlı deyib: “Ramiz Məlik qarşı tərəfə üzrxahlıq edib. Bu söhbət teatrda da aparıldı, məsələ həll olundu. Hətta Ramiz bəy sosial şəbəkədə də yazıb, üzr istəmişdi. Amma nədənsə Məleykə Əsədova şikayət verib. Ramiz bəyin də haqqı var ki, məhkəməyə şikayət edib qarşı tərəfdən təzminat alsın. Bir çox materiallar yığılıb məhkəməyə təqdim olunacaq. Tələb ediləcək məbləğ hələ bəlli deyil. Amma ola bilsin Məleykə Əsədovanın istədiyindən də artıq təzminat tələb edilsin”.
Qeyd edək ki, aktyorlar arasındakı qalmaqala R.Məlikin sosial şəbəkədə qarşı tərəfin ünvanına nalayiq sözlər yazması səbəb olub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...