"Mən "işverən" deyiləm" - Rəmiş
Ötən gün "5/5" verilişinin qonaqlarından biri xalq artisti Rafiq Hüseynov (Rəmiş) olub.
Verilişin aparıcısı Zaur Kamal Rəmişə suallar ünvanlayıb.
Aparıcı ilə xalq artistinin sözügedən dialoqundan bəzi məqamları təqdim edirik:
Qabaqlar olubmu toydan 10 min qazanasınız, Gülüdən və ya kimdənsə gizlətmək üçün ot tayasının altına qoyasınız?
- Taya yox, maşının qapısının içində bir rezin var e..., 100-lük dollarları orada gizlədirdim. Maşının qapılarının içi 100-lük idi. Sonra, gitaranın içində bir yer var, onu heç kimə demərəm.
Maşında yatmağın rahatlığını indiyə qədər harada almısınız?
- Maşında yatmağın rahatlığını ancaq maşında yatanda almışam. Evimizdə bu dəqiqə dəvə yunundan döşək də var. Amma o rahatlıq orada yoxdur. Allah məni belə yaradıb da. Həmişə rahatlığımdan uzaq olmuşam.
O vaxtlar deyirlər ən "xod gedən" müğənnilər toydan sonra qumar oynayardılar. O müğənnilərin adını deyə bilərsiniz?
- Yox! Mən "işverən" deyiləm.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...