Xatirə Lopezin paltarından tikdirdi- - 14 min xərclədi
Müğənni Xatirə İslamın “5/5” verilişində istifadə etdiyi geyim müzakirələrə səbəb olub.
Sənətçinin qara rəngli donu ABŞ-lı pop ulduz Cenifer Lopezin “People's Choice Awards” mərasimindəki libası ilə eynilik təşkil edir.
Sosial şəbəkə istifadəçiləri X. İslamı plagiat etməkdə günahlandırıblar.
Müğənni mövzu ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O, həmin geyimi əldə etmək üçün 1 ay gözlədiyini bildirib:
“Bəli, eyni geyimdəndir. Həddindən artıq qiymətli bir paltardır. İstər parçası, istərsə də daş-qaşı... Lopez dünya ulduzudur, mən başqa kimin paltarından geyinməliyəm? Ola bilər ki, Lopezlə eyni vaxtda düşünüb hazırlatmışıq? Paltardı da...Ərsəyə gəlməsi üçün parçasını, daş-qaşını bir ay gözləmişəm”.
Xatirə İslam geyimin qiyməti barədə açıqlama verməsə də, “Qafqazinfo” libası ərsəyə gətirən Rəna Müslümovanın butiki ilə əlaqə saxlayıb.
Butikdən bildirilib ki, sözügedən paltarın qiyməti 14 min AZN-dir.
Xatırladaq ki, Lopezin geyimi isə Rob & Mariel imzalıdır.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...