Səidə Sultan: "Ürəyim istəyəni edib ərə gedərəm"
“Heç vaxt ərə getmək üçün özümü öldürmürəm. Elə-belə kişiyə ərə getməyəcəm. Mənim ailə quracağım oğlan zəif olmamalıdır”.
Məlumata görə, bu sözləri müğənni Səidə Sultan “Səhər-səhər” verilişində deyib.
Sənətçi ona ünvanlanan “Niyə ailə qurmursan” sualına əsəbiləşib: “Bilirəm ki, yaş gedir. Elə zəmanədə yaşayırıq ki... Bu saatda ürəyim istəyəni edib ərə getmək mənim üçün problem deyil. Amma o ailədən ailə olmayacam. Elə ad olsun ki, Səidə də ərə getdi? İnsan kasıb da olar, hər şey pul deyil. Əsas odur ki, kişi mən istəyən olsun. Bəsdirin ərə getməkdən danışdınız”.
Səidə müğənni Tacir Şahmalıoğlunun “Oğluma müğənni qızı almaram” sözlərinə sərt reaksiya verib: “Bizdə bir anlayış var, “müğənnidir”, müğənni ilə ailə qurmaq eyib bilinir. Eləsinin başını kəsəsən. Tacir deyir ki, müğənni qız ilə gəzmək olar, amma onu almaq olmaz. Niyə? Bu nə sözdür? Subyektiv fikrini özünə saxlasın, düzgün söz deyil, ayıbdır”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək