Aygün Kazımovaya qadağalar qoyuldu
Azərbaycanın məşhur estrada müğənnisi Aygün Kazımova bu il beynəlxalq mükafatlandırma mərasimi olan “DAF BAMA MUSİC AWARDS”da iştirak edə bilməyəcək. Buna səbəb xalq artistinin keçirdiyi estetik əməliyyatlardır.
Plastik-rekonstruktiv cərrah, tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov sənətkarın səhhətini qoruması üçün Aygün Kazımovaya bir sıra qadağaların qoyulduğunu və hələ bir müddət uzaq məsafələrə gedə bilməyəcəyini açıqlayıb: “Aygün xanımın 2 həftə əvvəl keçirdiyi müxtəlif bədən şəkilləndirilməsi əməliyyatlarından sonra özünü əməliyyatdan sonrakı dövrə uyğun əla hiss edir. Əməliyyat sahələri birincili sağalmışdır. Lakin buna baxmayaraq, əməliyyatın xarakterinə və protokoluna uyğun olaraq hələ bundan sonra 6 həftəyə qədər ilkin reabilitasiya dövrünə əməl etmək lazımdır. Belə ki, hazırda Aygün Kazımovanın uzaq səfərlərə getməsi, aktiv şəkildə idman məşqlərinin etməsi, avtomobil idarəsi etməsi ona qadağan olunub.
Aygün Kazımovanın üzərində 3 növ cərrahi əməliyyat icra olunub. Bunlardan ikisi tam yeni, biri isə əvvəl aparılmış cərrahi əməliyyatın yenilənməsidir.
Bir Aygünümüz var, onu qorumalıyıq. Onsuz da gözəl olan Aygün xanım öz gözəlliyinə yenə gözəllik əlavə etmişdir!”. Modern.az
Qeyd edək ki, ötən il Aygün Kazımova ilk Azərbaycan müğənnisi kimi Almaniyada keçiriləm “DAF BAMA MUSİC AWARDS”da iştirak edib və “Azərbaycanın ən yaxşı qadın sənətçisi” mükafatına layiq görülüb. Bu il də beynəlxalq tədbir Azərbaycandan məhz Aygün Kazımovanı öz mükafatlarına namizəd görüb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...