İki məşhur veriliş cəzalandırıldı
Türkiyə Radio və Televiziya Şurası (RTÜK) iki məşhur verilişi cəzalandırıb. “Seda və Uğurla artıq susma” və “Bir Hülya Avşar söhbəti” proqramlarına pul cəzası verilib.
RTÜK-ün yaydığı məlumatda şouların cəzalandırılma səbəbi də açıqlanıb:
“Seda Sayanın aparıcılıq etdiyi verilişdə “Özəl həyatın gizliliyi” ciddi şəkildə pozulub. Efirdə aktrisa Hale Soygazın adı çəkilib. Bildirilib ki, Murat Şar adlı şəxsin övladlıq verildiyi məlum olub. Onun həqiqi anasının aktrisa olduğu ortaya çıxıb. Efirdə “övladını necə tərk etmisən? Vicdansız” kimi ifadələr işlədilib.
İkinci proqrama isə milli-mənəvi dəyərlərin, əxlaq və ailənin qorunmasını diqqətə alaraq cəza verilib. Belə ki, Hülya Avşar “Kişilər xanımlarını gizli aldatmaq məcburiyyətində qalırlar” ifadəsini deyib. Bu sözləri efirdə bir neçə dəfə təkrar edib”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...