“Adamın qanında bayağılıq yoxdursa...” - İlkindən cavab
Xəbər verdiyimiz kimi, bu gün “Qara Volqa” filminin quruluşçu rejissoru Elşən Məmmədov “Qafqazinfo”ya müsahibəsində “Bozbaş Pictures”ı tənqid edib. E. Məmmədov onları sabun köpüyünə bənzədib:
“Bu gün “Bozbaş”ın bayağı obrazları dillərdən düşmür. Şöşüdü, Moşudu, Fəlakətdi... Bunlar bizim gələcəyimizə, cəmiyyətimizə nə verəcək? Heç nə. Onlar sabun köpüyü kimi bir şeydir”.
Layihədə “Şəmi” obrazının canlandıran İlkin Həsəni ilə əlaqə saxladıq. O, rejissorun fikirləri ilə razılaşmadığını söyləyib:
“Gündəmdəyik ki, bizim haqqımızda nələrsə danışırlar. 5 nəfər tənqid edirsə, 15 nəfər bunun əksini deyir. Biz 15 nəfəri daha üstün tuturuq. Bayağılığın təbliği barədə danışırlar. Biz heç kəsi məcburi şəkildə televiziya qarşısında otuzdurmuruq. Həftədə bir dəfə yayımlanır, tamaşaçı da onun yayım tarixini bilir. İstəyən oturub baxacaq, istəməyən isə digər yerli və xarici kanallara çevirəcək.
Əgər bizi izləyirlərsə, deməli, insanların xoşuna gəlirik. Adamın qanında yoxdursa, o dedikləri bayağılıq həmin şəxsə heç bir təsiri olmayacaq. Bu normal bir şeydir. Bayağılığı təbliğ etmirik, sadəcə demək istəyirik ki, belə insanlar var, bu işlərlə məşğul olurlar. Yəni ki, baxın, kənardan görün necə görünürsüz".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...