İbrahim bu fotoya üsyan etdi: “Mənim orada nə işim var?“
Müğənni İbrahim Tatlıses sosial mediada yayılmış şəklini gördükdə üsyan edib
Türkiyə mətbuatına istinadən xəbər veririk ki, sosial şəbəkələrdə ifaçının fotoşopla hazırlanmış Şimali İraqda səsvermədə olduğunu əks etdirən fotosu yayılıb.
Şəklə müxtəlif şərhlərin yazıldığını görən İbrahim rəsmi İnstaqram səhifəsində buna aydınlıq gətirib. O, fotonun orijinal variantını hesabında paylaşaraq yazıb:
“Ağıl var, məntiq var. Mənim Türkiyə vətəndaşı ola-ola İraq referendumunda nə işim var? Bəziləri fotoşopdan istifadə edərək insanları aldatmağa çalışırlar. Gözəl qardaşlar, orijinal şəkil paylaşaraq istədim biləsiniz ki, bu, 16 aprel konstitusiyaya dəyişiklik zamanı çəkilmiş fotodur. Bir ildir İzmirdəyəm, heç hara getməmişəm. Bunu hamı bilir. Odur ki,
kimin nə etmək istədiyini anlaya bilmirəm”. 


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...