SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “Bu yaltaq jestə müğənnilər özləri can atıb” – Elton

“Bu yaltaq jestə müğənnilər özləri can atıb” – Elton

Tarix:

28-09-2017, 13:50

/ 107 462 dəfə oxundu.
“Bu yaltaq jestə müğənnilər özləri can atıb” – Elton

“Bu yaltaq jestə müğənnilər özləri can atıb” – Vüqar Qaradağlıya Eltondan dəstək

“Saytlara göz gəzdirdim, bəzi müğənnilərin ATV rəhbərliyinə qarşı necə ədalətsiz və qərəzli yazılarını gördüm”.

Bu sözləri müğənni Elton Hüseynəliyev sosial şəbəkədə yazıb.

Sənətçi həmkarlarının ATV-nin keçmiş rəhbəri Vüqar Qaradağlının ünvanına tənqidlər səsləndirməsini qınayıb:

“Birincisi, ATV rəhbərliyi kiməsə harasa gedib oxumağa ağız açmır. Bu yaltaq jestə bəzi müğənnilər özləri can atıblar. Hətta bundan öncə olan rəhbərliyin vaxtında bu hal lap biabırçılıq idi. ATV bu neçə ildə həqiqətən gözəl verilişlər, savadlı musiqilər və yeniliklər olsun deyə çox zəhmət çəkdi. “Fort Boyard” yarışmasından tutmuş “Nanəli” verilişinə kimi bir-birindən maraqlı layihələr həyata keçdi.

Şəxsən mənə heç vaxt “Get haradasa pulsuz oxu və ya verilişə gəl pul ver” sözü deyilməyib. Yadımdadır, bir iclas olmuşdu. Mən orada olmasam da işçilərdən eşitmişdim ki, Rauf müəllim deyib, kimliyindən asılı olmayaraq səsi istedadı olmayanlar efirə buraxılmasın. Get-gedə samballı ifaçılar və verilişlər çoxalsın.

Efirə pul verməyin təməlini də elə müğənnilər qoyub. Bu hal isə ATV-də lap az rast gəlinirdi. Demək istədiyim odur ki, insaf və vicdanınız olsun. Nəsə içinizdə kin var idisə, bunu əvvəl deyərdiniz. Yıxılana balta vurmaq namərd işidir. Şəxsən Vüqar qaradağlıya və Rauf müəllimə can sağlığı arzulayıram. Onlar işinin peşəkarı və gözəl insanlar idi.

Həyatdır da, hər bir idarə və müəssisədə səhv ola bilər. Bir nəfərin səhvi hamıya şamil edilməməlidir”.

Qeyd edək ki, V.Qaradağlı bir neçə gün əvvəl ATV-dəki vəzifəsindən uzaqlaşdırılıb. Bundan sonra bir çox müğənnilər sosial şəbəkədə status yazaraq, rəhbərliyin onlara efir qadağası qoymasından şikayətlənib.

Şərhlər

XƏBƏR LENTİ