Nazəninin keçmiş gəlini: Uşağımın 137 manatını ödəmirlər
Tanınmış müğənni Nazənin Salayevanın keçmiş gəlini Pirazova Tamilla Piraz qızı ifaçının oğlu Fəxri Salayevin 4 yaşlı övladına aliment ödəmədiyini iddia edib.
T.Pirazova Oxu.Az-la əlaqə saxlayaraq, bunları deyib: “Nazənin xanımın oğlu Fəxri Salayevin məndən əvvəl Aygün adlı həyat yoldaşı var idi. Mən onun ikinci həyat yoldaşı olmuşam. Biz qeyri-rəsmi nikahda yaşamışıq. Onlar təkid edirdilər ki, rəsmi nikah olmasın, əvvəlki xanımının bununla bağlı problemlər yarada biləcəyini deyirdilər. 7-8 ay Fəxri ilə birgə yaşadıqdan sonra ayrıldıq. Onlar qızımın doğulmasını istəmirdilər. Fəxri qızına baş çəkməyə gələndə, uşaq iki yaşında idi. Sonra o, növbəti dəfə evləndi və ümumiyyətlə, uşaqla maraqlanmadı”.
Tamilla xanım məhkəmənin qərarı ilə uşağa ayrılan alimentin ödənilməməsindən şikayətlənib: “Qanunla nəzərdə tutulmuş minimal aliment 137 manatdır. Onlar məhkəməyə müraciət edərək, alimentin azaldılmasını tələb etmişdilər və 103 manat ödəyirdilər. Mən 3 ay əvvəl məhkəməyə müraciət edərək, alimentin artırılmasını tələb etdim və məhkəmə mənim xeyrimə qərar çıxardı. Artıq onlar 3 aydır aliment ödəmirlər. Alimentin miqdarının azaldılması ilə bağlı yenidən məhkəməyə müraciət ediblər. Lakin mən işləmirəm, heç yerdən köməyim yoxdur. Hər dəfə məhkəmə proseslərində vəkillərə ödəməyə pulum da yoxdur.
Qızımın 4 yaşı var. Ancaq cılız və zəif olduğundan öz yaşıdlarından çox geri qalır. Mən onun ərzaq, geyim, dərman, həkim xərclərini belə ödəyə bilmirəm. Lakin Nazənin xanımla oğlundan bu barədə heç nə tələb etmirəm. Sadəcə, haqqım çatan alimenti ödəsinlər, kifayətdir”.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...