Demet Akalın Aygündən oğurluq edib? - Star TV-dən iddia
Türkiyənin məşhur maqazin verilişində şok iddia irəli sürülüb. Star TV-də yayımlanan “Duymayan kalmasın” proqramı Demet Akalının son “Damga damga” klipinin Kazımovanın konsert anonsunun plagiatı olduğu iddia edilib.
“Oğurluq klip” iddiası ətrafında müzakirə təşkil olunub, iki ekran işi barədə sujet təqdim edilib. Bildirilib ki, məsələni guya Azərbaycan qəzetləri ortaya atıb.
Sujetdə Aygün Kazımovanın Demetdən daha cəsarətli və dəbdəbəli geyindiyi qeyd olunub.
Verilişin moderatorlarından biri Seren Serengil müzakirənin mənasız olduğunu bildirib:
“Müzakirə mənasızdır. Vaxtımızı boşuna xərclədik. Sonsuzluq, qayalıq, çöl əraziləri bir çox məşhurun klipində yer alıb. Burada sadəcə bənzərlik qaya və buludlardır. Aygün Kazımovanın da klipi çox gözəldir. Demetin heç bundan xəbəri yoxdur. Buradan bütün qardaşlarımızı salamlayıram, onların mahnılarından ötrü ürəyim gedir”.
Digər şərhçi Cengiz Semercioğlu isə iki ekran işində bənzərliyin olmadığını deyib:
“100 fazidən cəmi 3 faiz bənzərlik var. Bunun kimi 10 klip var. Aygün Azərbaycanın sevimli ulduzudur. Azərbaycan qəzetləri belə bir şey yazıb”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...