Məşhur meyxanaçıya vəzifə verildi
Tanınmış meyxana ustası Namiq Məna sədr seçilib. "Qaynarinfo" xeberle.com-a istinadən xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qubadlı bölməsinə sədr seçkisi keçirilib.
Yeni yaradılan Qubadlı bölməsinə AYB Katibliyinin qərarı ilə bədihə ustası Namiq Məna təsdiq olunub. O, ədəbi ictimaiyyətə təqdim olunub.
Təyinatı Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi Xeberle.com-a təsdiqləyib. Katib bölmə sədrinə yeni vəzifəsində uğurlar diləyib.
Qeyd edək ki, Namiq Həsən oğlu Əliyev (Məna) 1 noyabr 1971-ci ildə Sumqayıt şəhərinin Corat kəndində fəhlə ailəsində anadan olub.
12 yaşından məktəbdə yazdığı şeirlərlə tanınan Namiq Məna 13-14 yaşından el şənliklərində iştirak etməyə başlayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin Kino Aktyorluq fakültəsini bitirib.
O, söylədiyi meyxanalarla Namiq Məna kimi tanınmağa başlayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...