XalqXəbər.Az

www.XALQXEBER.az » Şou-Biznes » Azərbaycanlı model gömrükdə təhqir olunub?

Azərbaycanlı model gömrükdə təhqir olunub?

Azərbaycanlı model gömrükdə təhqir olunub?
18-09-2017, 11:42

Tanınmış model Aysel Məmmədova Azərbaycana qayıdarkən hava limanının gömrük əməkdaşı tərəfindən təhqir olunub.
Bu barədə modelin vəkili Ramin Rzayev açıqlama verib. O qeyd edib ki, müvəkkili tez-tez səhhəti və işi ilə əlaqədar xaricdə səfərlərdə olur: “Bu il iyunun 16-da axşam radələrində, o, Milan-Bakı reysi ilə Bakıya qayıdıb. Bu zaman o hava limanında növbə rəisi işləyən Rəvan Alıcanov tərəfindən ciddi şəkildə təhqir olunub. R. Alcanov ona qarşı Azərbaycan qadınına yaraşmayan şəkildə rəftar edib. Biznes klassda uçan bir xanımın hamının gözü qabağında şəxsi əşyalarının olduğunu çantasını açdıraraq təhqir edib. Bu zaman onun səhhəti üçün aldığı dərman preaparatları yerə düşərək qırılıb. Həmin şəxs müvəkkilimə qarşı CM-nin 148- ci maddəsi ilə nəzərdə tutulan əməli törədib.
Biz R. Alcanovun hərəkətləri ilə bağlı Bakı şəhər Baş Gömrük İdarəsinə şikayət ərizəsi yazdıq. 2 aydan sonra bizə cavab yazdılar ki, R. Alıcanovun hərəkətlərində heç nə yoxdur. Bundan sonra Xəzər rayon Polis İdarəsinə müraciət etdik. Onlar da məsələnin araşdırılması üçün şikayəti Hava Nəqliyyatında Polis İdarəsinə göndərdilər. Ancaq məsələ odur ki, bu şəxs qurum tərəfindən qorunur. Biz isə onun haqqında inzibati tədbir görülməsi üçün bundan sonra da aidiyyatı üzrə bütün qurumlara müraciət edəcəyik”.

“Qafqazinfo”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.