XalqXəbər.Az

www.XALQXEBER.az » Şou-Biznes » “Qadın kişidən çox qazanarsa, dili uzanar” - Nadir

“Qadın kişidən çox qazanarsa, dili uzanar” - Nadir

“Qadın kişidən çox qazanarsa, dili uzanar” - Nadir
16-09-2017, 15:45

"24 ildir ailə qurmuşam. Həmin gündən evi özüm dolandırıram. Həyat yoldaşımın təhsili var, amma çalışmasını istəməmişəm"

Məlumata görə, bu sözləri müğənni Nadir Qafarzadə "Səhər-səhər" verilişində qonaq olarkən deyib.

Sənətçi bildirib ki, qadının qazancı bərəkətsiz olur:

"Uşaqlar dünyaya gələndən sonra onlarla anası məşğul olmalıdır. Ata isə səhər papağını qoyub başına gedib pul gətirməlidir. Ata-babadan belə görmüşük. Qadının evə qətirdiyi pulun bərəkəti olmur. Həm də qadın kişidən çox qazansa, "hegemon" olacaq, dili uzanacaq. Kişinin evə gətirdiyi pulun bərəkəti olur.

Ən pis günümdə belə həyat yoldaşımın işləməsini istəmədim. İki oğlumun tərbiyəsi ilə məşğul olub. Sağ olsun ki, belə övlad böyüdüb.

Bir də arvad nə qədər qazansa da, müğənni qədər gəliri olmaz. Hər zaman yaxşı müğənni seçilib, xalq onu dolandırıb".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.