Sumqayıtda “Park Palace” şadlıq sarayında insident- Kəmalə Günəşlidə dava edib?
Sumqayıtda yerləşən “Park Palace” şadlıq sarayında keçirilən toy mərasimi mübahisə və fiziki münaqişə ilə nəticələnib.
Toyda iştirak edən müğənni Kəmalə Günəşliyə qonaqlar mahnı oxumağı təklif ediblər. O isə səhnədə başqa bir ifaçının olduğunu bildirərək, növbəsini gözləyəcəyini deyib.
Bu cavab toy sahibi Vəfa Mikayılovanı narazı salıb və tərəflər arasında mübahisə yaranıb. İddialara görə, tərəflər bir-birinə qarşı təhqiredici ifadələr işlədib, daha sonra isə dava düşüb. Şahidlərin sözlərinə görə, bakallar havada uçuşub, Vəfa Mikayılova və Kəmalə Günəşli saçyolduya çıxıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hər iki müğənni Sumqayıt Şəhər 4-cü Polis Bölməsinə aparılıb və səhərə yaxın sərbəst buraxılıblar. Məsələ ilə bağlı araşdırma aparılır.
Məsələ ilə bağlı Ajans.az müğənninin köməkçisi ilə əlaqə saxlayıb. Köməkçi isə cavabında “Mən yalnız toy haqqında məlumat verə bilərəm”- deyə, bildirib. (ajans.az)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...