"Avroviziya"da növbəti mahnı qalmaqalı
İtaliyanın istehlakçı hüquqları təşkilatı "Codacons" Estoniyanın təmsilçisi Tommi Keşin "Espresso Macchiato" adlı mahnısının"Avroviziya 2025"də qadağan edilməsini tələb edib.
İngilis və italyan dillərinin qarışığından ibarət olan mətn, həzzlərlə dolu bir həyatı təsvir edir. Hekayə “həftədə yeddi gün işləyən” və qəhvəni çox sevən zəngin bir adamdan bəhs edir. Mahnıda deyilir ki, o, "mafioz kimi tərləyir" və "həyat spagetti kimidir: onu bişirənə qədər sərtdir".
"Codacons" nümayəndələri hesab edirlər ki, estoniyalı ifaçının bəstəsi çoxlarını narahat edir. Bununla əlaqədar olaraq təşkilat müsabiqə təşkilatçılarından sözügedən mahnını müsabiqədə qadağan etməyi xahiş edib.
Xatırladaq ki, "Avroviziya 2025" yarışmasında ölkəmizi "Mamagama" qrupu təmsil edəcək. İsveçrənin Bazel şəhərində keçiriləcək yarışmada Azərbaycan birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Birinci yarımfinal mayın 13-də keçiriləcək.
Azərbaycanla birlikdə həmin gün səhnəyə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də çıxacaq.
Yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...