Emin Ağalarov Bakıda 5 milyon dollar xərcləyib
Azərbaycanlı iş adamı, müğənni Emin Ağalarovun Bakıda ötən həftə keçirilən “Jara” musiqi festivalına nə qədər pul xərclədiyi açıqlanıb.
Rusiya KİV-lərinə istinadən xəbər veririk ki, festivalın təşkilatçılığına iş adamının 5 milyon dollar xərci çıxıb. Bu pullar Rusiya şou-biznesinin ulduzlarına verilən qonorarlara, onların Bakıdakı xərclərinə və s. sərf olunub. Festival Emin Ağalarovun şəxsi mülkü olan, Nardaranda , dəniz sahilində yerləşən “Sea Breeze” malikanəsində keçirildiyindən xərclərə bir qədər qənaət etmək mümkün olub, əks halda xərclər 5 milyon dolları keçərdi.
Festivala 50 min tamaşaçı qatılıb, biletlər bir ay əvvəldən satılıb qurtarmışdı. Biletlərin qiyməti 400 manat olsa da tamaşaçılardan daxil olan vəsait xərcləri ödəməyə bəs etməyib. Emin Ağalarov özü Rusiya mətbuatına müsahibəsində deyib ki, “Jara” festivalı xərclərini ödəməmir və görünür daha bir neçə il belə olacaq. Buna baxmayaraq festival Emin Ağalarovun “Sea Breeze” malikanəsi ərazisində həyata keçirməyə hazırlaşdığı developer layihəsinin reklamıdır və biznesmen hesab edir ki, “Jara”ya pul xərcləsə də gələcəkdə bu pulları biznes layihələrindən geri qaytaracaq.
Xatırladaq ki, festivala Rusiya şou-biznesinin bir çox tanınmış simaları qatılıb. Rusiya magazin mediası festivala güclü informasiya dəstəyi verib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...