Özünü deputat Azay Quliyev kimi təqdim etdi... HƏBS OLUNDU... - TƏFƏRRÜAT
AMEA-nın Fəlsəfə və hüquq İnstitutunun keçmiş şöbə müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru Xaliq Əhmədzadə həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, Xaliq Əhmədzadə (Hacı Xaliq Bəşər) İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və məhkəmənin qərarı ilə 30 gün müddətində həbs olunub.
Hacı Xaliq Bəşər idarə etdiyi "Toyota Prado" markalı avtomobillə Quba istiqamətində hərəkətdə olarkən YPX əməkdaşları tərəfindən saxlanılıb. Yol polisi avtomobilin 9707 manat cərimə borcu olduğununu və duracağa aparılacağını bildirilib. O, YPX əməkdaşlarına cərimələrdən xəbərsiz və onların qanunsuz olduğunu, məhkəməyə müraciət edərək sildirəcəyini deyib.
YPX əməkdaşları avtomobili duracağa aparmalı olduqlarını təkid ediblər. Hacı Xaliq hüquq elmləri doktoru, beynəlxalq elm və mədəniyyət mərkəzinin sədri, müstəqil hüquqşünaslar liqasının sədri və hüquq müdafiəçisi olduğunu, həmçinin 2005-2010-cu illərdə deputat olduğunu deyərək YPX əməkdaşlarının rəhbərliyi ilə əlaqə saxlamaq istəyib.
Yol polisləri dəfələrlə sürücüyə sənədlərini təqdim etməsini bildirsə də, sonuncu özünü Milli Məclisin deputatı Azay Quliyev kimi təqdim edərək onlara tabesizlik göstərib. Nəticədə müxtəlif bəhanələrlə iki saat müddətində YPX əməkdaşlarının xidməti fəaliyyətini pozub. Nəhayət güclü yağış başladıqdan sonra Hacı Xaliq Bəşərin avtomobili YPX əməkdaşlarının müşayiəti ilə Quba Rayon Polis Şöbəsinin duracağına yerləşdirilib.
Aparılan araşdırma zamanı Hacı Xaliq Bəşərin "Toyota Prado" markalı avtomobili sürmək üçün etibarnaməsinin olmadığı və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırıldığı məlum olub.
Qeyd edək ki, 2017-ci ilin avqust ayında Xaliq Bəşər dələduzluqda ittiham edilərək həbs edilmişdi.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...