SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Samira: "Xəyanət də gördüm..."

Samira: "Xəyanət də gördüm..."

Tarix:

31-07-2017, 15:03

/ 59 924 dəfə oxundu.
Samira: "Xəyanət də gördüm..."

Həyatımda xəyanət də gördüm, zərbə də aldım. Çox pis dost xəyanəti ilə üzləşmişəm. Amma mən o insanı bağışlamışam. Mütləq bağışlamalıyam. Kimisə bağışlamasam, məni də bağışlamayacaqlar.

Bu sözləri müğənni Samira Allahverdi "ATV maqazin onlarla"ya açıqlamasında deyib. Sənətçi xəyanətdən danışaraq, bu hissləri yaşadığını etiraf edib.

Samira bildirib ki, sənətdə birincilik iddiasında olmayıb:

"Heç vaxt sənətimdə birinci olmaq istəməmişəm. Belə iddiam olmayıb. Çünki mənim həyat tərzim başqa cürdür. Təkəbbürdən uzaq insanam, ona görə, mənə yaraşmaz ki, "mənəm-mənəm" söyləyim. Əslində həyatda özümə qiymət vermirəm. "Özümü çox sevirəm" - məndə belə şeylər yoxdur. Bir parça çörək pulumu qazanıb balalarımı dolandırıramsa, nə xoşdur mənə. Heç efirlərə hər gün çıxmaq da istəmirəm".

Samira tez inciyən olduğunu söyləyib:

"Küsəyən yox, tez inciyirəm. Xasiyyətim belədir. Amma mənim könlümü almaq çox asandır. Üzümə gülüb, xoş rəftar eləsinlər, vəssalam, hər şeyi unuduram".

Şərhlər

XƏBƏR LENTİ