"Mənim musiqi istedadım Vəfadan, Nəfəsdən daha çoxdur, amma..."
Bu gün Azərbaycan estradasının elə tanınmış müğənnisi var ki, onlar hansısa toy məclisini nəinki sona kimi, heç 2 saat belə apara bilmirlər çünki onlar canlı oxuya bilmir.
Süni estetik əməliyyatları etdirib özlərini sosial şəbəkələrdə reklam edib sonrada hansısa vasitələrlə özlərinə bahalı avtomobil mülklər, istedadları olmaya-olmaya olurlar bahalı mügənni.
Xalqxeber.az xəbər verir ki, bu sözləri müğənni Aynur Nəbiyeva deyib. O bildirir:
"11 ildir müğənnilik faliyyəti ilə məşğuldur, tanınmış müğənnilərlə bir çox toy məclisləri olub. Onlarla eyni sırada yer almışam, onlar 2 saat canlı oxuyub toyu apara bilməyiblər 30-40 dəqiqə fonaqrama oxuyaraq bizdən daha çox pul qazanıblar hətta oxuya bilmədikləri üçün onların bir çoxunun restoran və istirahət mərkəzlərindən pullarının verilməyib qovulduqunun şahidi olmuşam.
Öz yerimə deyə bilərəm ki, istənilən toy və digər məclisləri canlı oxumaqla əvvəlindən sonuna kimi nöqsansız apara bilərəm elə buna görədə ayın 10-15 günü toy proqramlarında, yerdə qalan vaxtları isə şəhərin tanınmış restoranlarında səhnə proqramlarında oluram. Bir çoxları deyir ölkənin təlabatlı mügənniləri Vəfa Şərifova, Nəfəs və başqalardı.
Bununla qəti razı deyiləm, hesab edirəm sənət cəhətdən mən adını çəkdiyim və çəkə bilmədiyim digər şəxslərdən daha çox bacarığım və istedadım var amma indi çox təəsüflər olsun, sənətə istedada dəyər verənlər çox azdı"

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...