“Doğmalarım ögey olub, məni heç kim bəyənməyib” - Afaq Bəşirqızı
Xalq artisti Afaq Bəşirqızı qonaq olduğu “O” verilişində çox maraqlı açıqlamalar verib.
Aktrisa uşaq vaxtı yaşadığı acıların sonradan onda ağır xəstəliklərə çevrildiyini bildirib.
“Anadan olan günün səhərisi anamı, 12 yaşımda atamı itirmişəm. Doğmalarımın hamısı ögeylik edib, mənimlə münasibət qurmayıblar. Məni heç kim bəyənməyib. Müəyyən yaşa və zamana qədər üzərimdə “yetim”, “kasıb”, “nəzarətsiz", “valideynsiz”, “doğmalarsız” adı olub”, - deyən aktrisa əlavə edib ki, həyat ona çox çətinlik yaşadıb.
“Artroz xəstəliyinin çox ağır formasına tutuldum. İki dəfə ürəyin açıq əməliyyatını keçirmişəm. Sonra xərçəng xəstəliyi nəticəsində bədən üzvlərinin yarısının olmaması. Bunların hamısı həyatın verdiyi suallara orqanizmimin verdiyi cavab oldu. Məcburiyyətdən, qorxudan başladım həyata yaltaqlanmağa. Çünki mənim hər mənada diqqətimlə dolananlar var”, - o bildirib.(Lent)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...