XalqXəbər.Az

Təranə ilə Rəqsanə arasında qalmaqal yenə alovlandı - Video

yüklənir...
Təranə ilə Rəqsanə arasında qalmaqal yenə alovlandı - Video
8-07-2019, 11:33
yüklənir...

Prodüser Təranə Səmədova ilə müğənni Rəqsanə İsmayılova arasındakı qalmaqal yenidən alovlanıb.

Buna səbəb Təranənin "ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasında verdiyi açıqlama olub.

Təranə "Hansı ifaçı zövqsüz geyinir" sualına belə cavab verib:

"Mənim üçün Rəqsanə. Onunla işləyəndə həsəd aparırdım. Çox zövqsüz idi. Başladı "madalyerlərlə" işləməyə. Oğurlayırdı "madalyerlərdən", başlayırdı zövqlü geyinməyə".

Rəqsanənin də qarşı tərəfə cavabı gecikməyib. O, Təranəyə cavabı ilə bağlı video yayıb. Rəqsanə Təranəni hədələyib:

"Rayon qızıydım. Rayondan çıxıb gəldim Bakıya. Qoy mən "madalyer" deyim, bunu ayıb bilmirəm. Mən olduğum məclislərdə bu gün camaat həsəd aparır ki, düşsünlər ora. Dünya modelyerlərindən paltarlar götürürdüm. Sən mənim yanıma gələndə nə gündə geyinirdin? Mənə disk daşıyırdın. Mənə nə etmisən? Layihə etmisən? Kaş sənin həbsxanaya düşməyində əlim olardı. Gərək səni buraxmazdılar, çıxdın dilin uzandı. Elə etmə başqa şeylər edim.

Başımı salıb, həyatımı yaşayıram. Səninlə işim yoxdur. Sizə ona görə təşəkkür edirəm ki, məni bezdirdiniz və Azərbaycandan uzaqlaşdım. Gəlib Rusiyada ailə qurdum. Disklərimi ondan ala bilmirdim. özüm öz diskimi oğurladım səndən".

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.