SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Yevlax RPŞ-nin müstəntiqi bizdən 5000 manat rüşvət istəyir-ŞİKAYƏT

Yevlax RPŞ-nin müstəntiqi bizdən 5000 manat rüşvət istəyir-ŞİKAYƏT

Tarix:

12-07-2017, 10:23

/ 125 279 dəfə oxundu.
Yevlax RPŞ-nin müstəntiqi bizdən 5000 manat rüşvət istəyir-ŞİKAYƏT

Ağdam rayonu Suma kənd sakini, Yevlax rayonu M.Qasımov küçəsi ev 56 da məskunlaşmış Abbasov Səbuhi Əkbər oğlu tərəfindən xalqxeber.az-ın redaksiyasına şikayət məktubu daxil olmuşdur. Həmin şikayəti olduğu kimi sizlərə təqdim edirik:

Hörmətli xalqxeber.az redaksiyası! Yevlax Rayon Polis Şöbəsini müstəntiqi Səxavət Mirzəyev bizdən 5000 manat rüşvət istəyir.Həmin pulu verməyə imkanımız olmadığı üçün bizə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılıb.Hansı ki, 80 klometr aralı məsafədə yaşayan bir qrup şəxs 21 fevral 2017-ci il tarixdə məni öldürmək məqsədi ilə əvvəlcədən əlbir olub bizim yaşadığımız evə hücum çəkiblər.Həmin şəxslər əli silahlı oublar, mənə və qardaşım Ceyhuna xəsarətlər yetiriblər.
Belə ki, 21 fevral 2017-ci il tarixdə təxminən saat 18-00 radələrində qardaşım evimizdən maşınla çıxıb azyaşlı uşağını müəllim yanına dərnəyə aparan zaman Ağdam rayonunun Quzanlı kəndində yaşayan Fəxrəddin Əliyev. ,Səbuhi Vəliyev, Nizami, Firdovsi və Abbas adlı bir qrup şəxs qardaşıma hücum edib onu vurmaq istəyən zaman o avtomobilin qapısın açmamış həmin vaxt maşında olan azyaşlı uşaq qorxub həyacan stress keçirmişdir.Evimizin qarşısında baş vermiş səs-küyə görə çölə çıxanda həmin şəxslər mənə hücum etdilər.Məni beşbarmaqla və bıçaqla vurdular.Qonşuların və oradan keçən şəxslərin müdaxiləsi köməyi və plos çağırilması nəticəsində həmin şəxslər oradan qaçıb uzaqlaşdırlar.Şikayətimiz əsasında Yevlax Rayon Polis Şöbəsində aparılan araşdırmada müstəntiq Səxavət Mirzəyev cinayət törətmiş şəxslərdən pul alıb saxtakarlıqlar etmişdir.Hansı ki, şahidlərin ifadələri, hadisə yerindən götürülmüş silah və sairə subutlar təsdiq edir ki, həmin qrup şəklində evimizə basqın etmiş şəxslərin əməlləri ağır cinayətin tərkibini yaradır.Yevlax RPŞ-nin müstəntiqi Səxavət Mirzəyev saxtakarlıq edərək həmin 5 nəfərdən ikisini cinayət məsuliyyətindən yayındırmışdır.Bizdən isə 5000 manat pul istəyir ki, guya Yevlax rayon prokuru Fəxrəddin Pənahova verəcək ki, bizə qarşı açılmış cinayət işinə xitam veriləcək.
Bu tam qanunuszlıuq və Allahsızlıqdır ki, Yevlax RPŞ-nin müstəntiqi Səxavət Mirzəyev edir.Bizim evimizə basqın edib məni öldürmək istəyənlər bizə xəsarət yetirmiş adamlar əvvəllər məhkum olunmuş şəxslərdir.Mənim qardaşım Ceyhun isə orta məktəbdə hərbi müəllim işləyir. Özüm isə işsizəm məhkum edilməmişik.Bu boyda haqsızlıq və qanunsuzluq olmaz ki, bunu Yevlax RPİ-nin müstəntiqi və prokuroru edirlər.Belə olan halda cinayətkarlar azğınlaşacaq və növbəti ağır cinayətlər törədib cəmiyyətə təhlükələr yaracaqlar.Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova və Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət edib xahiş edirəm bu qanunsuzluğu araşdırıb vəzifə səlahiyyətlərindən sui-istifadə edən prokuror Fəxrəddin Pənahovun və müstəntiq Səxavət Mirzəyevin barəsində ciddi tədbirlər görəsiniz.

Əlaqə telefonum; (051) 713-64-13

Xalqeber.Az
Yevlax RPŞ-nin müstəntiqi bizdən 5000 manat rüşvət istəyir-ŞİKAYƏT
Yevlax RPŞ-nin müstəntiqi bizdən 5000 manat rüşvət istəyir-ŞİKAYƏT
Yevlax RPŞ-nin müstəntiqi bizdən 5000 manat rüşvət istəyir-ŞİKAYƏT
Yevlax RPŞ-nin müstəntiqi bizdən 5000 manat rüşvət istəyir-ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ