SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Yevlaxda bu məmur vətəndaşları SAYA SALMIR... - ÖZBAŞINALIQ!

Yevlaxda bu məmur vətəndaşları SAYA SALMIR... - ÖZBAŞINALIQ!

Tarix:

14-09-2023, 10:29

/ 790 dəfə oxundu.
Yevlaxda bu məmur vətəndaşları SAYA SALMIR... - ÖZBAŞINALIQ!

Yevlax rayonunda mənzil-kommunal təsərrüfatı sahəsində işlər qeyri-qənaətbəxş qiymətləndirilir. Bu sahənin fəaliyyətində rəvac verilən korrupsiya hüquqpozmaları KİV-in gündəmində olub və rayon rəhbərliyinin uğurlarına xeyli kölgə salıb. Yevlax şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi vətəndaşlarla ünsiyyətdən qaçır.
Xüsusilə də Yevlax şəhər sakinləri məişət tullantılarının yığılmamasından gileylənirlər. Birliyin istifadəyə yararlı 2 ədəd zibildaşıyan maşını vaxtlı-vaxtında zibili daşıyıb-boşaltmağı çatdırmadığına görə dolub-daşan möhtəviyyatı külək ətrafa, yola və yaxınlıqdakı evlərin həyətlərinə səpələyir. Di gəl, idarənin balansındakı belə maşınların sayı çoxdur, tenderlə yeni alınmışlar da həmçinin.
Sakinlər deyirlər ki, Kommunal Təsərrüfatı İstehsalat Birliyi zibil pulu yığmaqda pərgardır. Hər dəfə də pul almağa başqa adam gəlir və ona özündən əvvəl gələn həmkarına pul ödənildiyini sübut etmək olmur. Verdikləri qəbzlər “kötüksüz”, anlaşılmayan xətlə yazılır.
Bir sözlə, rəhbərinin yumşaq ifadə ilə desək, səriştəsizliyi ucbatından Yevlax şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əhatə etdiyi ərazidəki küçə və meydanların, parkların təmizliyini, çoxmənzilli binaların ümumi istifadə olan hissələrinin süpürülməsini, məişət tullantılarının daşınmasını təmin etmək vəzifəsinin öhdəsindən gəlmir. Ona görə də rayon rəhbərliyi tez-yez sovetdənqalma ümumşəhər iməciliyi praktikasına əl atmalı olur, müxtəlif büdcədən maliyyələşən zəhmətkeş kollektivlərini məcburi əməyə cəlb edirlər.
Ötən ilin avqust ayında Yevlax şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən keçirilən tender müsabiqəsində həmin ərəfədə cəmi bir ay əvvəl 5 manat nizamnamə kapitalı ilə yaradılmış “Orlondo Az” MMC qutudan qalib çıxarılmışdı. Sonradan MKTB-yə əkin materialları, gübrələr və digər mallar satmış “Orlando Az” qarşılığında 105 min 800 manat almışdır. Qeyd edək ki, Yevlax şəhərində dövlət qurumları tərəfindən daha əvvəl də yeni yaranan, təcrübəsiz şirkətləri tenderin qalibi elan ediblər.
İbrahim Hümbətov
//azerinfo.info//

Şərhlər

XƏBƏR LENTİ