İmişlinin icra başçısına DÖVLƏT DƏRSİ... - Bərk ehtiyacı var...
Əslində, bayraq, himn, gerb, dövlət sərhədi, ordu, Prezident... bütün bunların hər biri dəyərdir. Yəni ibtidai DÖVLƏT anlayışında bu dəyərlər ümdə tutulur və bunu bilməyənlərin dövlət işində mövcudluğu belə təhlükəlidir. Çünki dövlətin nə olduğunu dərk edə bilməyənin dövlət adından hansısa işi icra edəcəyi və bu zaman uğur əldə edəcəyi kifayət qədər şübhəli məsələdir.
Elə İmişlidə olduğu kimi...![]()
DİA.AZ bildirir ki, İmişlinin icra postuna təyin olunarkən Elçin Rzayev cənablarına elə də ümid bəclənmədi... Çünki hardan gəldiyi yaxşı məlum idi. Sonuncu iş yeri Yasamal rayon icra hakimiyyəti olan Elçin müəllim buna qədər də Əmlak Məsələləri Dövlət Komitəsində çalışmışdı. Yəni təxmini olara kimin kadrı olduğu aydındır. Və nəyin peşəkarı olduğunu da ehtimal etmək çətin deyil.
İndi isə beləsinin bir ibtidai dövlət bilgilərinə nə qədər ehtiyaclı olduğunu söyləmək isə heç də asan deyil. Hə, ürəkağrıdandır ki, hələ də on minlərlə vətən oğlunun qanı ilə ucalan bayrağımıza İmişlidə bir ögey münasibət var.
Yox burada sakinlərin heç bir günahı yoxdur. Əksinə, onlar bayraqsız qalan Bayraq Meydanı məsələsini şəxsən qabardırlar. Bu işə birbaşa cavabdeh isə məhz İmişlinin İH başçısı Elçin Rzyaevdir. Məhz onun boynunun borcudur ki, bayrağımızı olmalı olduğu yerdə dik tutsun. Hətta gərəkirsə, zəhmət çəkib bayrağımızın yanında bir əsgər kimi növbə də çəksin.
Bu da pul yemək deyil ki...
Binəava İmişli camaatı... başçı sarıdan bəxtləri heç gətirmədi...
DİA.AZ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...