Şabrandakı eybəcərlik elə ilk addımdaca GÖZƏ GİRİR... - FOTOFAKT
Şabran şəhərinin girəcəyi bərbad vəziyyətdədir. Baxımsızlıqdan şəhərin adı yazılan dayaq tikilisi sökülüb, uçub dağılmaq üzrədir. Ərazidəki yaşıllıqlar quruyub. Şabranın girəcəyinin bərbad halda olması şəhərin özü haqqında da az-çox fikir forlamaşdırır.
Tribunainfo.az-a bu barədə yazan şəhər sakinləri bildirib ki, Şabranın girəcəyi uzun müddətdir ki, o vəziyyətdədir. Şəhərə girənləri qarşılayan tikilinin və ətrafın bu vəziyyətdə olması sakinləri narahat edir. Şabran Rayon İcra Hakimiyyətinin baxmalı və adablaşdırmalı olduğu yerin vəziyyətilə bağlı heç bir tədbir görülmür. Şəhərin girəcəyinin işıqlandırması yoxdu. Əvvəllər işıqlandırma olub. Ancaq sonradan baxımsızlıqdan hər şey sıradan çıxıb. Ərazini ot, tikan, kol basıb. Bazi ağaclar susuzluqdan quruyub. Tikilinin salamat qalan hissəsi yoxdur.
Günün qaranlıq saatlarında Şəhərin girəcəyi lap zülmət olur. İşıqlandırma hazırda yoxdur. Səkini yaşıllıqdan ayıran tikililərdən əsər-əlamət qalmayıb.
Sakinlər Şəhərin girişinə əncam çəkilməsini, orada abadlıq işləri aparılmasını istəyirlər. Sakinlərin sözlərinə görə Şabran Rayon İcra Hakimiyyəti tərəfindən şəhərin abadlığı və gözəlliyi üçün heç bir tədbir görülmür.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...