SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Lerik sakini ÇARƏSİZ DURUMDA - MÜRACİƏT

Lerik sakini ÇARƏSİZ DURUMDA - MÜRACİƏT

Tarix:

26-07-2023, 08:30

/ 589 dəfə oxundu.
Lerik sakini ÇARƏSİZ DURUMDA - MÜRACİƏT

Lerik rayonu, Mondigah kənd sakini Məmmədov Rizvan Oruc oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən narazıdır:

"Mən, Məmmədov Rizvan Oruc oğlu, yazaraq bildirirəm ki, müraciətim sosial müavinatla əlaqəlidir.

Aprel ayının 4-də sənədləri vermişəm, ayın 5-də mənə nazirlikdən xəbər gəldi ki, 15 gün sonra evinizə yoxlama gələcək. 3 ay 15 gündür ki, yoxlama yoxdur. Dərdimizi kimə deyək? Belə vicdansız məmurların əlində aciz qalmışıq.

2 dəfə yazılı şikayət etmişəm, yenə də xəbər yoxdur. 142 çağırı xidmətinə zəng vurub məlumat verirəm, operator deyir ki, biz rayonlara baxmırıq. Sonradan mənə dedilər ki, Lənkərana gedib, orada müraciət etməliyəm.

Lənkəranla da bizim aramız 90 dəqiqəlik yoldur. Ora getmək üçün pulumuz yoxdur. Ailədə bir tək mən pensiya alıram, özümüzə güclə çatır.

5 ay qabaq kəndə gəlib, bəzi ailələri yoxladılar, mənim ailə tərkibimi isə yoxlamadılar. Çünki hər rayona gələndə dövlətdən 200 manat pul alırlar. Bu səbəbdən də məni yoxlamayıb getdilər. Dövlətə görün nə qədər ziyan vururlar. Kim pul verir, onun evinə gəlib yoxlama keçirirlər, mən pul vermirəm deyə gəlmirlər. Ar olsun belə nazirliyə, varlığı ilə yoxluğu bilinmir".

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ