Tovuzda sular məmurların əkin yerinə axa bilər - ŞİKAYƏT
- 4-07-2017, 09:46
- 59 148
Kəndlinin sözlərinə görə, kartof əkininə görə qapıdakı yeganə heyvanı – inəyi satıb. Əkin uğurlu olsa da, sonrakı susuzluq problemi kəndlinin ümidini alt-üst edib. İndi onu məhsuldan daha çox borcları narahat edir:
A.Kərimov hesab edir ki, məmurlar suyu qəsdən kəsib öz sahələrinə yönləndirirlər. A.Kərimov davam edir: «Su idarəsinə gedirik, deyirlər, narahat olmayın, 1-2 gün də gözləyin, su olacaq. Hər gün eyni sözləri eşidirik, onlar bir tərəfdən bizi yola verirlər, bu biri tərəfdənsə sahələrdən əsər-əlamət qalmır. Axı torpağa, kartofa necə başa salasan ki, «bir az da döz». Xahiş edirik, bizə kömək edin, səsimizi yuxarı qurumlara çatdırın, bir tədbir görsünlər. Məhsulun məhv olması elə kəndlinin məhvi deməkdir. İmkan verməyin ki, məhv olaq».
Kəndlilər bildirirlər ki, kartof sahələri həftədə bir dəfə suvarılır və hər dəfə onlardan suvarılan 1 hektara görə onlardan 16 manat alınır.
A.Kərimovun deməsinə görə, rayonun icra başçısı tapşırıb ki, su yalnız çuğundur sahələrinə verilsin. İcra hakimiyyətindənsə bunu təkzib ediblər.