Cənab Cavid Kəngərli, Qəbələ rayonunda baş verənlərdən xəbərsizsiniz?
Qəbələ rayonunda, kənd və qəsəbələrində fəaliyyət göstərən bir çox iaşə obyektlərində- kafe və marketlərdə göstərilən xidmətin və yaxud da satılan məhsulun dəyərinin ödənilməsi zamanı nəzarət-kassa aparatlarından istifadə edilmir və bir çox obyektlərdə ümumiyyətcə belə aparatlar yoxdur. Bu hal öz növbəsində istehlakçı hüquqlarının kobud surətdə pozulmasına səbəb olur. Məsələyə aydınlıq gətirmək üçün 10 saylı ərazi vergilər idarəsinə şifahi sorğu ilə müraciət etsəm də idarədə sorğumu cavablandıran olmadı. Odur ki, 10-saylı ərazi vergilər idarəsinin rəhbəri cənab Cavid Kəngərliyə üzümü tutaraq soruşmaq istəyirəm ki, cənab Kəngərli məgər sizin bu haqda məlumatınız yoxdurmu? Ancaq mən tam məsuliyyətimlə deyə bilərəm ki, sizin məlumatınız olmasa da rəhbərliyiniz altında çalışan isşçiləriniz bu mexanizmi özləri qurublar. Onlara susqun istehlakçıların hüquqlarını qorumaq deyil, əksinə öz maddi mənafətləri naminə bu və ya bu kimi digər pozuntulara yol vermək daha elverişlidir. Umidvaram ki, bu yazını oxuduqdan sonra cənab Kəngərli lazımi tədbirlərin həyata keçirilməsi məqsədilə araşdırma apararaq tədbir görəcəkdir.
xeberfakt.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək