SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Kürdəmirdə 7 nömrəli binanı kim “AĞCAQANAD FERMASI”NA çevirib? - FOTOFAKT

Kürdəmirdə 7 nömrəli binanı kim “AĞCAQANAD FERMASI”NA çevirib? - FOTOFAKT

Tarix:

13-02-2023, 16:01

/ 450 dəfə oxundu.
Kürdəmirdə 7 nömrəli binanı kim “AĞCAQANAD FERMASI”NA çevirib? - FOTOFAKT

 
Kürdəmir rayonunda yerləşən 7 nömrəli yaşayış binasının sakinləri Bizim.Media-ya bildiriblər ki, zirzəmidə yaranmış antisanitariya vəziyyəti ilə əlaqədar döymədikləri qapı qalmayıb. İllərdi sakinlər qrunt və kanalizasiya sularının əhatəsində yaşamağa məhkum olublar.

Əməkdaşımıza öz problemlərini danışan bina sakinləri bildiriblər ki, üfunət və rütubət üzündən müxtəlif yoluxucu xəstəliklərə yoluxurlar. Qış ayları olmasına baxmayaraq insanlar ağcaqanad və milçəyin çoxluğu üzündən təngə gəliblər. Hətta şaxtalı havalarda da mənzillərində ağcaqanad və milçək əleyhinə dərman istifadə etməyə məcburdurlar.

Sakinlər bildiriblər ki, problemin həllinə olan ümidlərini artıq itiblər.

Qeyd edək ki, 5 mərtəbəli yaşayış binası 1988-ci ildə inşa olunub. Bina rayonda fəaliyyət göstərən un zavodunun sifarişi ilə tikilərək, işçilərinə təhvil verilib. Hazırda binada 40 ailə olmaqla 250 nəfərə yaxın sakin yaşayır.

Kürdəmir rayon Mənzil İstismar Sahəsinin rəisi Azər Məmmədov Bizim.Media-nın əməkdaşına bildirib ki, bina MİS balansında olsa da binanın kanalizasiyasının təmirinə rayon Su-Kanal idarəsi cavabdehdir.

“Azərsu” ASC-nin 2 nömrəli regional Sukanal İdarəsinin Kürdəmir sukanal sahəsinin rəisi Arzu Şahbazov isə bildirib ki, sözügedən 5 mərtəbəli binanın zirzəmisinə daima qrunt suları yığılır:

“Dəfələrlə idarə tərəfindən xüsusi texnikalarla həmin qrunt suları çəkilsədə üstündən az vaxt keçdikdən sonra həmin ərazi yenə qrunt suları ilə təkrar dolur. Adı çəkilən binada kanalizasiya problemi yoxdur. Sadəcə rayon mərkəzində yağış suları hələ tənzimlənməyib. Yeni kanalizasiya sistemi qurulacağı zamanı 7 nömrəli binanın sakinlərinin problemi də tam həllini tapacaq”.

Bizim.Media



Şərhlər

XƏBƏR LENTİ